Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video


01.05.2025  13:08 

Bu deputat Kamran Əliyevə səs verməyib





A+  A-

Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin olunması məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb.

XəzərNews.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir.

E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Xəbər 2068 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +