Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


16.06.2021  13:50 

“Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir” - Çavuşoğlu





A+  A-

“Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edərkən bildirib.

“Antalya Diplomatiya Forumunda qlobal problemlər və mövzular, yanımızda baş verən regional mövzular - Cənubi Qafqazdakı regional məsələlər, Azərbaycan torpaqlarında davam edən işğallar problemi də müzakirə ediləcək.

Azərbaycanın səbri hədsiz deyildi və lazım olanı etdi, torpaqlarını geri aldı. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Cənubi Qafqaz bölgəsinin bir sabitlik və sülh bölgəsi olmasını istəyirik. Ümid edirəm ki, Ermənistan dərs alır. Bölgədə sülh hökm sürəcəkdir. Bunlar bu paneldə müzakirə ediləcək. Ermənistan illərlə özünü təcrid etdi, qonşularından təcrid olundu, inşallah onlardan dərs alacaq və bölgədə sülh hökm sürəcək. Ermənistandan da foruma iştirakçı dəvət etmişdik”, - deyə Çavuşoğlu qeyd edib.

Xəbər 2920 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +