Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


16.04.2025  13:55 

Milyarder iş adamının milyonluq avtomobillərinə həbs qoyulub - Bakıda





A+  A-

Milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra milyonluq avtomobillərə həbs qoyulub.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış “Baku Kaspian Real İsteyts Limited” MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:

- 10-AZ-708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Range Rover Vogue;

- AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mercedes-Benz S500 Maybach;

- AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybach 62;

- AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12;

- AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Range Rover;

- 90-AA-988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mercedes-Benz G63 Brabus;

- AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rolls-Royce Cullinan;

- AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Cayenne Turbo;

- AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harley Davidson motosiklet;

- 99-B-709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mercedes S500;

- AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 "Çayka”;

- AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Panamera Turbo;

- AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri.

Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.

Fərhad Əhmədovun nümayəndəsi, “Baku Kaspian Real İsteyts Limited” MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.

Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.

Xəbər 1830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +