Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.04.2025  12:42 

“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM





A+  A-

Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib.

XəzərNews.az "Müsavat"a istinadən xəbər verir ki, layihə məşhur “Körpü Bina Tikinti” MMC tərəfindən icra edilir.

Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs “Körpü Bina Tikinti” MMC ilə podrat müqaviləsi bağlamış şirkətin əməkdaşı Firavan Hacıbalayev olub.

“SHACMAN” markalı yük maşınının Etibar adlı sürücüsü tikinti yerinə çay daşı gətirən zaman maşınlardan yükün boşaldılmasına Firavan Hacıbalayev nəzarət edirmiş.

Hadisənin baş verməsinə səbəb yükün boşaldıldığı ərazidə havanın yağışlı olması, torpaq səthinin yumşaq olması olub. Sürücünün idarəetməni itirməsi ilə yük maşını aşıb və Firavan avtomobilin altında qalaraq dünyasını dəyişib.

Sürücü Etibar baş verənlərə görə peşman olduğunu deyib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Mərhumun ailəsinə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Məhkəmənin hökmü ilə sürücü 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Xəbər 2376 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +