Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


11.10.2018  20:27 

Həbibdən UFC-yə ultimatum - “Müqaviləni pozun”





A+  A-

UFC çempionatının qalibi Həbib Nurməhəmmədov UFC-yə ultimatum göndərib.
XəzərNews.az “Sovetskiy sport”a istinadən xəbər verir ki, idmançı rəhbərliyi UFC ilə müqaviləni pozmaqla hədələyib. Bu barədə o, çeçen tərəfdaşı Zubayra Tuxuqovun irlandiyalı Artyom Lobovla döyüşü qadağan edildikdən sonra İnstaqram səhifəsində yazıb:

“Mən UFC-yə müraciət edirəm. Siz niyə onların komandası (Konor Makqreqorun komandası) avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi qovmadınız? Onlar kimisə öldürə bilərdilər. Niyə heç kəs mənim vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması ilə bağlı heç nə demir? Hər iki komanda dalaşdığı halda, siz niyə məhz mənim komandamı cəzalandırırsınız? Deyirsinizsə ki, davanı mən başlatmışam, razı deyiləm. Çünki mən başlanan davanı bitirmişəm”.

Nurməhəmmədov təşkilata turnirdə baş verənlərə görə Tuxuqovu yox, onu cəzalandırmalarını təklif edib:

“İstənilən halda, məni cəzalandırmalısınız. Zubayra Tuxuqovu niyə? Düşünürsünüzsə ki, mən susacağam, yanılırsınız. Siz Konora yumruq atdığı üçün Zubayranın oyununu ləğv edirsiniz. Ancaq hər şey kameradan görünür, birinci Konor digər qardaşımı vurur. Bilirsiniz, siz onunla birlikdə məni də itirirsiniz. Rusiyada biz bir-birimizi atmırıq, qardaşıma görə sonadək getməyə hazıram. Siz onu qovmaq qərarına gəlmisinizsə, onda mənə pozulmuş müqaviləni göndərməyi unutmayın. Əks halda, mən özüm onu pozacam”.

Həbib təşkilatın ona ödəmədiyi qonorar məsələsinə də toxunub:

“Mənə göndərmədiyiniz qonorarımı da unutmamışam. Onu özünüzə götürə bilərsiniz, amma diqqət edin, boğazınızda qalmasın. Biz öz şərəfimizi qorumuşuq. Əsas olan da budur”.

Xatırladaq ki, UFC çempionatında irlandiyalı Konor Makqreqora qalib gəldikdən sonra azarkeşlər arasında ünvanına təhqirlər səsləndirilən Həbib rinqi tərk edərək onunla əlbəyaxa davaya çıxmışdı. Bu səbəbdən ona çempionat kəməri və qonorar verilməmişdi.

Xəbər 1882 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +