Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


16.09.2017  21:37 

Milli Məclisin sədri Aşqabada gedir





A+  A-

Sentyabrın 16-da Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarına start verilib. Elə ilk gündə ənənəvi güləş və ciu-citsu üzrə medalların ilk dəsti oynanılıb.
XəzərNews.az xəbər verir ki, sentyabrın 17-də isə Oyunların açılış mərasimi keçiriləcək.

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Gənclər və idman naziri Azad Rəhimov da irimiqyaslı idman tədbiri- “Aşqabad-2017” Oyunlarında iştirak etmək üçün Aşqabada iki günlük səfər edəcək.

Qeyd edək ki, “Aşqabad-2017” Oyunlarının proqramına qurşaqtutmadan başlamış velosiped idmanınadək 21 idman növü, o cümlədən dörd Olimpiya idman növü daxil edilib.

Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq, mükafatlı yerlər tutmuş idmançılara 1844 medal təqdim ediləcək.

Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçiriləcək.

Oyunların açılış və bağlanış mərasimlərinə 7 min iştirakçı və təşkilatçı cəlb olunub;

“İlk ulduzlar” proqramının 8 min könüllüsü və 20 mindən çox əməkdaş Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarında çiyin-çiyinə çalışacaq.

Xəbər 1797 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +