Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.02.2017  16:45 

“Niyə vaxt itirək, vaxt pul deməkdir” - İlham Əliyev





A+  A-

Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, toplantıda çıxış edən prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla 2011-ci ildə imzaladıqları TANAP layihəsinin Cənub Qaz Dəhlizi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. TANAP-da qənaətə yol verilərək xərclərin azaldıldığını deyən Əliyev Dünya Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə qurumlarının layihəyə dəstək verdiklərini vurğulayıb:

“Heç bir maneə bizi Cənub Qaz Dəhlizini reallaşdırmaqdan vaz keçirə bilməz. Süni gecikmələrdən qaçmalıyıq. Ekologiya problemini bəhanə edənlər ola bilər. Layihələrimizdəki ekoloji standart ən yüksək standartlardır. Nəticənin yaxşı olacağına əminəm. Sadəcə vaxt itirə bilərik. Niyə vaxt itirək ki, vaxt pul deməkdir. Layihə vaxtında başa çatdırılmalıdır.”

Xəbər 3966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +