Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.02.2017  14:31 

“Lapşinin ekstradisiyası pozucu mövqedə duranlara dərsdir” - Vitse-spiker





A+  A-


“Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi indiyədək bu sahədə pozucu mövqedə duran hər bir kəsə dərs və mesajdır”.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin müavini, Bahara Muradova deyib. Bahar Muradova  deyib.

O bildirib ki, Aleksandr Lapşinin ekstradisiya edilməsi Azərbaycan dövlətinin belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir.

“Eyni zamanda Azərbaycan diplomatiyasının, ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən işin müsbət nəticəsidir.

Hesab edirəm ki, bu çəkindirici xarakter daşıyır. Bu, indiyədək Azərbaycana qarşı bu hərəkətə yol verənlərin öz səhvini anlamasına və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa yol verdikləri üçün üzrxahlıq etməsinə şərait yaradır. Eyni zamanda bu işi təşkil edən Ermənistan, erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamaq üçün digər ölkələrin vətəndaşlarına mesajdır. Hesab edirəm ki, hər kəs bundan öz ibrətini və dərsini götürməlidir”.



Xəbər 1526 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +