Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


24.10.2023  11:19 

“Vaqif, adamın kişiliyi olar, boynuna al“ - Məhkəmə





A+  A-

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Proses zamanı zərərçəkmiş şəxs qismində Alış Alışov dindirilib.

O, Vaqif Xaçaturyanın da tərkibində olduğu 1000-dən çox şəxsin Meşəli kəndinə hücuma keçdiyini bildirib.

"Badara kəndinin hamısı üstümüzə gəldi. Vaqif, Armais və digərləri orada idi. Kənd sakini Qəniməti balta ilə vurdular. Vaqifi şəxsən gördüm. Qəniməti baltalayandan sonra hətta güllələyiblər. Vaqif indi boynuna almasa da, şəxsən özü də, qardaşı da, yaxınları da Meşəli hadisələrində iştirak edib. Mən Məşəli məktəbinin direktoru olmuşam. Vaqif məni yaxşı tanıyar", - şahid bildirib.

Vaqif Xaçaturyan hadisə günü orada olmadığını bildirsə də, Alış Alışov onu şəxsən gördüyünü bildirib.

"Onu Sadayın evinin qabağında gördüm. Yaşlı anamı da snayper vurub öldürdü. Bizim kəndi ilk “Alazan”la vurdular. Çörəyimizi yeyənlər bizə xəyanət elədilər. Kəndimizi mühasirəyə alşmışdılar. Bircə Laçın istiqamətinə piyada yolumuz qalmışdı. Ev-ev, küçə-küçə döyüşlər getdi. İndi boynuna almırsan, Vaqif, adamın kişiliyi olar, boynuna al. Kəndimizdən 25 nəfər şəhid oldu, çoxusunun da meyitini yandırmışdılar. Bu dəhşətli faciə heç yerdə görülməmişdi. Ernest, Armais, Salvik, Vaqif Badara erməniləri idi, hadisələrin başında bunlar dururdu"./Yenisabah.az

Xəbər 1084 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +