Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


31.01.2020  15:43 

“Sədərək“ə Çin malların gətirilməsi dayandı





A+  A-

Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir:

"Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".

Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".

M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.

Xəbər 1857 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +