Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


22.09.2017  18:23 

Arif Əsgərovun oğlu istintaqdan yayınıb





A+  A-

Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahidlər dindirilib.

E.Hüseynovun sürücüsü olan Əfqan Salamov deyib ki, rəhbərinin Tural adlı şəxsə 380 min manat borcu olub və bu borcdan 150 min qaytarıb.

Arif Əsgərovun oğlu Elnar Əsgərov bu cinayət işində şahid kimi tanınsa da, istintaq başlayan kimi ölkəni tərk edib. Buna görə də dindirilməyib. E.Hüseynov isə pulları Elnara verdiyini deyib.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

E.Hüseynov ev dustaqlığındadır. O, özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.

Xəbər 1557 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +