Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib


21.09.2017  17:49 

Akif Əli xaricə getdi





A+  A-

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin gah xəstələnərək işə çıxmadığı, gah xaricə müalicəyə getdiyi, gah da vəzifəsindən azad edildiyi barədə söz-söhbət danışılır.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Akif Əlinin son günlər telefonlarını qapatması, özünün Facebook profilini bağlaması belə söz-söhbətlərə səbəb olub. Onun işdən çıxarıldığını iddia edənlər səbəb kimi Akif Əlinin bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikri əsas gətirirlər.

Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə təhqir dolu şərhlərə tuş gəldi. Bunran sonra Facebook-dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.

Saytın əməkdaşları əvvəlcə baş nazirin müavini, bir neçə gün qabaq Akif Əli haqqında hədə dolu açıqlama verən Abid Şərifovla əlaqə saxlayıb.

Lakin A.Şərifov “mən belə məsələlərlə məşğul deyiləm” söyləməklə A.Əli haqqında danışmaqdan imtina edib.

Sayt daha sonra Akif Əlinin yaxın qohumu - qaynı, Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb. Deputat bildirib ki, hər kəsin səhətində problem yarana və bununla əlaqədar xaricə müalicəyə gedə bilər. Akif müəllim də həmçinin:

“Təxminən 17 il bundan əvvəl Akif Əli çox ağır əməliyyat keçirmişdi. Hətta ölüm-qalım ayağında idi. O, sonralar bir neçə dəfədə əməliyata məruz qaldı. Akif Əli Azərbaycanın görkəmli yazıçısı, elmlər doktorudur. O, mühüm dövlət postunda çalışır. Hazırda Akif Əlinin səhəti normaldır. Sadəcə olaraq müayinə olunmaq üçün xaricə gedib”.

Xəbər 1386 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +