Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib


07.03.2025  12:07 

Mantis xərçəngi haqqında nə bilirik?





A+  A-

Mantis xərçəngi (Stomatopoda) canlılar aləmində ən güclü və sürətli zərbəyə malik heyvandır. Onun qısqacları zərbə zamanı 80-100 km/saat sürətlə hərəkət edir və 102,000 m/s² (təxminən 10,400 g) təcilə malikdir.

Bu, təbiətdə bilinən ən yüksək təcilli hücum mexanizmlərindən biridir və güllə mərmisinin təcilindən daha çoxdur.

Bu sürətlənmə nəticəsində su molekulları arasında vaakum qabarcıqları əmələ gəlir.

Qabarcıqların çökməsi zamanı isə qısa müddətli 4,400°C istilik yaranır. Bu isə Günəşin səth temperaturuna yaxındır. Bundan əlavə, bu proses zamanı sonolüminessensiya da (işıq yayılması) müşahidə olunur.

Mantis karidesi bu xüsusiyyəti ilə molyuskların sərt qabığını qıra, balıqları və kiçik xərçəngkimiləri iflic edə bilər. Onun göz strukturu da unikal olub, 16 rəng reseptoru sayəsində ultrabənövşəyi və infraqırmızı spektrdə görmə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər onu təkcə ən güclü hücum edən deyil, həm də təbiətin ən mürəkkəb görmə sisteminə sahib canlılarından biri edir.

Xəbər 938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +