“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


07.04.2020  12:48 

Ailə üzvlərini yandıran kişi saxlanıldı





A+  A-

Şəmkirdə gecə saatlarında yaşadığı evə od vuraraq həyat yoldaşının, oğlunun, gəlininin və nəvəsinin yanıq xəsarətləri almasına səbəb olan Vəli Vəliyev polis tərəfindən saxlanılıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, o hadisəni törətdikdən sonra qaçıb gizlənsə də aparılan əməliyyat tədbirləri nəticəsində tutulub.

Məlum olub ki, hadisəyə səbəb ailə münaqişəsi olub. V. Vəliyevin içkiyə meyilli şəxs olduğu və bu səbəbdən də tez tez ailədə söz-söhbət yarandığı bildirilir.

Xatırladaq ki, hadisə ötən axşam rayonun Aşağı Seyfəli kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Vəliyev Vəli yaşadığı evi yandırıb. Hadisə zamanı onun həyat yoldaşı, 1966-ci il təvəllüdlü Nüşabə Yaqubova, oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev, gəlini, 1988-ci il təvəllüdlü Nərgiz Vəliyeva və nəvəsi 4 yaşlı Banu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. V.Əkbər, V. Nərgiz və azyaşlı Banunun vəziyyəti ağır olduğu üçün Bakıda xəstəxanaya göndəriliblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 1442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +