Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


28.11.2022  15:29 

Danışıqlar prosesi niyə tənəzzülə uğrayır? - Siyasi şərhçi





A+  A-

"Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar prosesi tənəzzülə uğrayıb".

Bu barədə açıqlamanı XəzərNews.az-a siyasi şərhçi Məhəmməd Əsədullzadə verib.

M.Əsədullazdə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqlarında irəliləyişlər əldə etmək olmadı:

"Demək olar ki, sülh müqaviləsinin bağlanması istiqamətində Brüssel formatı və Vaşinqton gündəliyi istiqamətində aparılan danışıqlar müstəvisinin əksinə olaraq N. Paşinyan Rusiyanın irəli sürdüyü təklifləri qəbul etdiyini qeyd edib. Ermənistanın qane etdiyi Rusiyanın şərtləri isə, Soçi Bəyannaməsinə rəsmi Bakının tələbinə görə salınmadı. Bu Bəynnaməsə "Dağlıq Qarabağın statusu" və sülhməramlı qüvvələrinin vaxtının uzadılması təklifləri prezident İ. Əliyev tərəfindən qəbul edilmədi".

Siyasi şərhçi bildirib ki, N.Paşinyan Soçi Bəyannaməsini də qəbul etməyərək, şifahi olaraq Moskvanın irəli sürdüyü həll variantına üstünlük verdiyini ela edib:

"Halbuki, Rusiyanın vasitəçiliyi ilə Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirməlidir. Əgər, Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirərsə, sülh danışıqlarında mühüm irəliləyişlər əldə etmək olar. Amma, Kreml imza atdığı sənədin reallaşmasına da imkan vermir".

M.Əsədullazdə vurğulayıb ki, Qərb və Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəqabət aparır:

"Əslində isə Rusiya sülh müqaviləsinin bağlanmamasına çalışır. Çünki, Soçi Bəyannaməsi məqbul sülh danışıqlarının başlanılması üçün uyğun variant sayıla bilər. Qeyd edim ki, Brüsselin və Vaşinqtonun vasitəçiliyində N.Paşinyan maraqlı görünmür. O, yeni geosiyasi şərtlərin dəyişməsini hədəfləyir. Amma, növbəti ildən Vaşinqton və Brüsselin aktiv şəkildə fəallaşmasını Bakıya ciddi dəstəyin veriləcəyi istisna deyil. Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələri müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər. Çünki, qanunsuz silahlı erməni birləşmələrinin atəşkəsi mütəmadi olaraq pozması davam edir. Bundan sonra, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparılacaq və proseslər Qərbin nəzarətində həyata keçirilə bilər".

Hacı
XəzərNews.az


Xəbər 756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +