XİN adından saxta məlumatlar yayılır
Yeddi yaşlı azərbaycanlı Fransanın məşhur KLUBUNDA -VİDEO
Niyə “Sülh kəsişməsi“ layihəsi reallaşmir?!
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə BİLMİR
Səfirin döydüyü deyilən diplomatın fəaliyyətinə xitam verilib
Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - Prezident
Bu agentliyin iki tenderi bir gündə ləğv edildi
Qadını döyən xəstəxana direktoru cəzalandırıldı
Azərbaycanlı yeniyetmə yenidən məhkəməyə çağırıldı


14.01.2025  12:49 

810 min manatlıq dələduzluq edən həbsdən buraxılıb?





A+  A-

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib

Xəzərnews.az xəbər verir ki, Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməktə ittiham edilir.

İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb.

İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.

Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.


Fotoda: Tofiq İsmayılov

Hazırda zərərçəkmiş şəxslər sonuncu qərardan narazıdırlar. Onlar hesab edir ki, dəymiş ziyandan heç nə ödənilmədiyi halda təqsirləndirilən şəxsin həbsdən azad edilməsi düzgün deyil. Həmçinin şəxsin istintaqdan yayınma ehtimalı da var.

Ağır cinayətdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasının əsaslarını öyrənmək üçün Səbail Rayon Məhkəməsinə sorğu göndərdik. Məhkəmədən saytımıza belə cavab verildi: “Təqsirləndirilən şəxs İsmayılov Mir Heydər Tofiq oğlunun ziyanı qismən ödəməsi və sağlamlıq vəziyyəti, habelə ürəyinə əməliyyat vasitəsilə cihazın yerləşdirilməsi məhkəmə tərəfindən nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsdən azad edilib”.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı qərardan artıq apellyasiya şikayəti də veriblər.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Xəbər 2225 dəfə oxunub.




28.01.2025  17:21 

5 ildən sonra üzə çıxdı -Foto

28.01.2025  13:52 

Prezident müşavirə KEÇİRDİ

28.01.2025  13:04 

“Vətən”​ stadionu SÖKÜLÜR

28.01.2025  12:17 

İcma bəyanat yaydı


BÜTÜN XƏBƏRLƏR +