Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU


05.07.2022  09:00 

Qurban Qurbanov: “Çox çətin olacaq“





A+  A-

"Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik. Bu matça hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik".

XəzərNews.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşanın "Lex" komandasının qonağı olacaq Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov təşkil olunan mətbuat konfransında deyib.

"Lex"in fərqli futbol nümayiş etdirdiyini bildirib Q.Qurbanov deyib:

"Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. "Lex" meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq".

Mütəxəssis şansların bərabər olduğunu vurğulayıb:

"Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. "Lex" ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu cütlükdə favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. İki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik".

Q.Qurbanov 2020-ci ildə Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin oyununu da xatırlayıb. O, "Lex"in heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib:

"Adlarını bir-bir açıqlasam, düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi və qol vurmaq qabiliyyəti yüksək olan futbolçulardır. Hamısına qarşı diqqətli olmalıyıq".

Qeyd edək ki, bu gün keçiriləcək Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.

Xəbər 2048 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +