Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


07.04.2025  20:10 

Sabiq məmur övladlarının Londondakı şirkətləri... - Zərərlə işləyir





A+  A-

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus "Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.



Məlumat üçün bildirək ki, "Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda "Buta Lounge” adlı restoran açıb.



Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus "Gyunel Limited” şirkətinin zərəri isə daha çox – 6 milyon 185 min 751 funt-sterlinq (13,6 milyon manat) olub. 28 aprel 2005-ci ildə "Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən "Gyunel Limited” şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı – "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.



Xəbər 2019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +