Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.11.2017  12:32 

“Azərbaycanda qiymət qalxdısa...” - Millət vəkili





A+  A-

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq. Söhbət bu gün büdcəyə olan münasibətdən gedir. Bu münasibət dəyişilməlidir”
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsində deputat Yevda Abramov deyib.

O qeyd edib ki, büdcə ilə tanış olandan sonra optimist enerji ilə zala gəlib: “Keçən ilki büdcədən sonra builki büdcənin belə olacağına mənim kimi həmkarlarımın da ümudi yox idi. Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır.

Dünən qiymətlər haqqında həmkarım Vahid müəlim danışdı. Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa onun enməsi çətin olur”.

Xəbər 2445 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +