İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?


13.12.2019  08:53 

Asan həzm olunan 8 məhsul





A+  A-

İnsan bədəninin bir sıra qida maddələrinə, eləcə də sellüloz, zülal və yağa ehtiyacı var. Lakin bəzi formalarda bu qida maddələri çətin həzm olunur.
XəzərNews.az-ın məlumatına görə, “MedikForum” portalı bunu nəzərə alaraq, asan həzm olunan məhsulların siyahısını hazırlayıb.

Həmin səkkiz məhsulu sizə təqdim edirik:

Tost çörəyi. Bu çörək adi çörəkdən daha asan həzm olunur, çünki qızartma prosesi bəzi karbohidratları parçalayır. Eyni zamanda, tost çörəyi ürək bulanması və ürək yanmasını azaltmağa kömək edə bilər.

Ağ düyü. Düyü enerji və zülalın yaxşı mənbəyi olsa da, onun bütün növləri yaxşı həzm olunmur. Tərkibində yüksək miqdarda sellüloz olan düyü həzmlə bağlı (diareya, qarın köpü, qaz) problemlər yarada bilər. Ağ düyü həzm üçün daha yüngüldür, ama onu həzmi çətinləşdirən yağlarsız yemək lazımdır.

Banan. İnsanların çoxu bu meyvəni yaxşı həzm edir, amma bilmək lazımdır ki, banan nə qədər yetişirsə, bir o qədər də onun tərkibindəki karbohidratlar şəkərə çevrilir. Bundan başqa, qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlar banan yeməməlidir. Bu, onlarda qarın köpü və spazm kimi xoşagəlməz simptomlar yarada bilər.

Alma püresi. Meyvələr sağlam qidalanmanın bir hissəsidir. Onlar qida maddələri və antioksidanatlarla zəngindir. Lakin meyvələrdəki sellüloz bir çox insanlarda həzm probleminə səbəb olur. Qidanın bişirilməsi sellülozu parçalamağa kömək edir və onun həzmini asanlaşdırır. Bu səbəbdən alma püresi çiy almadan daha asan həzm olunur. Üstəlik, alma püresinin tərkibində də müxtəlif növ diareyalar zamanı kömək edən faydalı pektin var.

Yumurta. Qaynadılmış yumurta və yağsız omleti mədə infeksiyasından sağalan insanlar da yeyə bilər. Eyni zamanda, yumurtaların hazırlanmasına diqqət etmək lazımdır. Belə ki, çiy yumurta özündə salmonelladan zəhərlənmə riski daşıyır.

Toyuq əti. Bir sıra mineral və B vitamini qrupu ilə zəngin olan toyuq əti yağsız zülalın mənbəyidir. Bu, orqanizmi bərpa etməyə kömək edir. Bununla belə, onun tərkibində sellüloz yoxdur. Bu, həzmlə bağlı problem yaşayan insanlar üçün yaxşı seçimdir.

Syomqa. Yağ və piy əlavə olunmadan sobada hazırlanmış syomqa çox asan həzm olunan yeməkdir.

Jelatin. Jelatinin tərkibində sellüloz və ya yağlar yoxdur və o, asan həzm olunur. Xəstəxanalar əməliyyatdan sonra xəstələrə tez-tez jelatin desertləri paylayır. Bu məhsulun qəbulu pasiyentlərə susuzluğun öhdəsindən gəlmələrinə kömək edir. Bir qədər şirin jelatin isə insanı enerji ilə təmin edir.

Xəbər 1331 dəfə oxunub.




04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:39 

Xəzər dənizində zəlzələ olub

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +