İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


07.05.2021  11:38 

Rəşad Atakişiyevə şəhid statusu verildi





A+  A-

Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
XəzərNews.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur.

Belə ki, Müdafiə Nazirliyindən SHXÇDX-nin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.

Əlavə olaraq, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur.

Xəbər 3069 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +