Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


03.02.2023  11:23 

Lavrovun yeni planı və ortaya çıxan sual





A+  A-

Ermənistanla Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi təklifi aktual olaraq qalı. Əgər İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov son müsaibəsində bildirib.

Lavrov daha sonra əlavə edib ki, belə bir çətin vəziyyətdə KTMT-nin sülhməramlılarının yerləşdirilməsi planının hazırlaması, hesab edirəm ki, çox mühüm nailiyyətdir. O bildirib ki, bu msələ hələ də masadadır:

“Bu təklif hələ də müzakirə olunur. Əgər erməni müttəfiqlərimiz və dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya cəmi bir-iki gün ərzində yerləşdirilə bilər”.

Lavrovun bu fikirlərindən bir neçə nəticə çıxarmaq olar.

Birincisi: Rusiya hər vəchlı Azərbaycan-Ermənistan sərhədində öz qoşunlarını (KTMT adı ilə) yerləşdirmək istəyir.

İkincisi: Lavrov bu məsələdə hər iki tərəfin yox, məhz Ermənistanın rəyinin olamsını dilə gətirib ki, bu da Azərbaycanın mövqeyinə sayğısız yanaşmadır.

Üçüncüsü: Lavrov bu məsələnin Rusiya üçün aktual olduğunu səsləndirməsə də, bu missiyanın iki, üç gün ərzində reallaşdırmağa hazır olduqlarını deməklə öz maraqlarını ifadə etmiş olub.

Dördüncüsü: Kreml Avropa missiyasının Azərbaycan-Ermənistan sərhədinə gəlməsini həzm edə bilmir və buna alternativlər ortaya qoymaqla Ermənistanı təhdid edir.

Bu situasiyada maraqlı bir sual ortaya çıxır: Avropa müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədinə gəlməsi Azərbaycanda narazılıq yaratmışdı. Əsas arqument də bu idi ki, Avropa Azərbaycanın rəyini öyrənmədən belə bir addım atıb. Lavrov da birmənalı bildirib ki, KTMT-nin sülhməramlı missiyasının Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi üçün Ermənistanın müsbət rəyi lazımdır. Bəs Azərbaycan bu yanaşma ilə razılaşa bilərmi?

Asəf Quliyev

Xəbər 968 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +