Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.10.2021  17:14 

Sevinc Hüseynova bu dəfə DİN rəsmisini təhqir etdi - Video





A+  A-

Bir müddət öncə LBGT üzvlərinə qarşı zorakılıq çağırışları edən bloqer Sevinc Hüseynova bu dəfə Daxili İşlər Nazirliyinin rəsmisini təhqir edib.

DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidovun mətbuata verdiyi açıqlamasını yalanlayıb və bu zaman təhqiredici ifadələrdən də istifadə edib. O, Zahidovun "Sevinc Hüseynova dediyi sözlərə görə peşman olub və üzr istəyib" açıqlaması ilə bağlı sosial şəbəkədə cavab videosu yayıb. Məlumatı təkzib edərək bildirib ki, heç kimdən üzr istəməyib və belə bir fikri yoxdur.

Qeyd edək ki, bloqer Sevinc Hüseynova sosial şəbəkə hesabında canlı yayımda çıxış edərək LGBT üzvlərini təhqir etməyi və insanları onları məhv etməyə çağırıb. O, çıxışı zamanı qanunları saymadığını, Konstitusiyaya məhəl qoymadığını deyib: “Mənim harada qarşıma çıxsaz, sizi məhv etmək üçün əlimdən gələni edəcəyəm. Mən buradan bütün oğlanlarımıza, kişilərimizə səslənirəm. Onları harada gördünüz it balası kimi çırpın”. /Qafqazinfo/





Xəbər 2020 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +