Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.10.2017  16:54 

“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor





A+  A-

Dünən Akademik Milli Dram Teatrında oynanılan "Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.
XəzərNews.az-ın xəbərinə görə, Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də "Almaz”da Ocaqqulunu oynamalı ikən, truppa müdiri zəng edib, onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: "Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. "Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyora - Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etməmişəm”.

Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bu məsələdən danışmışdı: "Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

Xəbər 1586 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +