Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.05.2019  10:21 

“Gömrük işi” ixtisasına tələbə qəbulu elan edilib





A+  A-

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edir.
XəzərNews.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3, 4 iyun tarixlərində DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında 2, onun Sankt-Peterburq və Rostov filiallarının hər birində 1 nəfər olmaqla “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3, 4 iyun tarixlərində DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2019-cu ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Xəbər 1325 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +