Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.12.2018  16:48 

İki marşrut xətti yenilənir





A+  A-

İki marşrut xətti üzrə avtobuslar yenilənir.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a daxil olan məlumata görə, dekabrın 26-sından 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

Marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə uyğun qurulmadığı üçün onunla bağlanan müqaviləyə xitam verilib. Belə ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki baxımdan nasaz olması, sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyinə bununla bağlı sərnişinlərdən şikayətlər daxil olurdu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcı fəaliyyətində müsbətə doğru hər hansı bir addım atmayıb. Qeyd edilən hallar nəzərə alınaraq xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.

Həmçinin, sözügedən tarixdən 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

Xəbər 1574 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +