Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.12.2018  12:52 

UABD Ukraynada daha bir qurumla əməkdaşlığa başladı – Fotolar





A+  A-

Ukrayna Kikboksinq Federasiyası ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) arasında əməkdaşlıq Memorandumu imzalanıb.
UABD-dən XəzərNews.az-a verilən məlumata görə, sənədi Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko və UABD sədri Hikmət Cavadov imzalayıb.

UABD sədri Hikmət Cavadov əməkdaşlıqda məqsədin Ukraynada yaşayan azərbaycanlı gəncləri idmana cəlb etmək və təşkil olunan beynəlxalq yarışlarda onların iştiraklarını təmin etməkdən ibarət olduğunu bildirib.

Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko Ukraynada yaşayan azərbaycanlı gənclərin potensiallarını dəyərləndirəcəklərini, keçirilən beynəlxalq yarışlarda iştiraklarına çalışacaqlarını vurğulayıb. Qeyd edib ki, rəhbərlik etdiyi federasiyanın Ukraynada 45 min üzvü var.

Görüşdə dekabrın əvvəllərində Çernovtsı şəhərində keçirilən konfransda Ukrayna Kikboksinq Federasiyasının vitse - prezident vəzifəsinə seçilən UABD-nin sədr müavini Elşad İbrahimova vəsiqə təqdim olunub.

İmzalanma mərasimində Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.






Xəbər 1280 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +