Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


28.10.2017  12:17 

Elşad Xose hələ də polisdədir - DİN də açıqlama yaydı





A+  A-

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında saxlanılan Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir.
XəzərNews.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən "Qafqazinfo"ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayət edərək reper tərəfindən döyüldüyünü bildirməsidir.

Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib.

Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya açıqlamasında qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.

Məhkəmə tibbi ekspertizası tərəfindən O. Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.

Xəbər 1601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +