Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


01.02.2017  11:52 

“Onu ancaq evdəkilər üçün edə bilərəm” - Zülfiyyə Xanbabayeva





A+  A-

 

“Dəniz böyüyüb, yekə qız olub. Dərsləri yaxşıdır, başqa cür ola bilməz, onun xasiyyəti mənim xasiyyətimlə uyğundur”.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bus özləri xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Müğənni söyləyib ki, qızı Dənizi heç nəyə məcbur etmir:

“Çox qabiliyyətli və istedadlı qızdır. Qızım peşə seçiminə qarışmayacam. Hansı ixtisasın arxasınca getsə, maneçilik törətmərəm. Onu heç nəyə məcbur etmirəm”.

Xalq artisti uzunmüddətdir ki, efirdə görünməməyinin səbəbini açıqlayıb:

“Hər zaman seçici olmuşam, verilişlərə çox çıxmamışam. Çox sağ olsunlar, gənclər, TV nümayəndələri, media əhli məni diqqətsiz qoymayıblar. Sadəcə olaraq xasiyyətim bu cürdür. 30 ildir ki, səhnədəyəm, 30 il ərzində xasiyyətim dəyişməyib. Yəqin ki, Novruz Bayramında konsertlərdə məni görəcəksiz”.

“Sizi aktrisa kimi görəyəcəyik?” sualına isə Xanbabayeva belə cavab verib:

“Bəli, belə bir qabiliyyətim var. Bunu Cabir və Tahir də bilir. Amma yəqin ki, bu istedadım mənimlə də gedəcək. Kompleksim var, üzə çıxara bilmirəm. Onu ancaq evdəkilər üçün edə bilərəm. Başqa cür yox”.



Xəbər 2350 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +