Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.02.2017  14:14 

“Həmin bələdiyyədə 900 min vəsait “silinib”” - Millət vəkili





A+  A-

 

“Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisləri kimi aparır”.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, qeyd edib ki, bələdiyyə sədrləri özlərinin vəzifələrini bilmirlər: “Yəni, bizdə illər keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait “silinib”. Bəs maraqlıdır ki, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu, böyük vəsaitdir, onun taleyi nə yerdə qalıb?

Bir də ki, mən Vilayət müəllimdən soruşmaq istəyirəm ki, 70 layihənin dəyərləndirilməsi məsələsi nə yerdə qalıb? Həmin şəxslər layihələrinin qəbul edilməsinə ümid etsinlərmi, yoxsa bundan imtina etsinlər? Bu məsələyə də aydınlıq gətirmək lazımdır”.



Xəbər 1376 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +