General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı


13.01.2025  16:49 

Klinikanın 70 min manatını mənimsəyən qadın HAKİM QARŞISINDA





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən Süleymanova Nigar Zaur qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş şəxs qismində "Bəyaz Diş Gənclik" klinikası tanınıb. Hazırlıq iclasında hakim təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, rusdilli olan 25 yaşlı Nigar Süleymanova universitet tələbəsidir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində vəkil Vüqar Əliyev iştirak edib. Təqsirləndirilən şəxsin vəkili qismində Səlahəddin Cəfərov iştirak edib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Vüqar Əliyev təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Ancaq dövlət ittihamçısı verilən vəsatətin qəbul olunmamasını təklif edib. Həmçinin vəkil Səlahəddin Cəfərov Nigar Süleymanovanın daimi yaşayış yerinin olmasını, çağırışlarda iştirak etməsini əsas gətirərək qətimkan tədbirinin dəyisdirilməməsini xahiş edib. Klinikanın təsisçisi və direktoru Ramiz Cəlilov cinayət işinin 2 ildən artıq müddətə uzandığını bildirərək Nigar Süleymanova barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı elan ediblər. Hakim məhkəmə prosesini 27 yanvar tarixinə təyin edib və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilməyib.

İttiham aktına görə, klinikanın qəbulunda işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.

Xəbər 1947 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +