Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı


22.08.2024  15:58 

AGMA sədr üçün müraciətləri açıq elan edir





A+  A-

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) sədr üçün müraciətləri açıq elan edir!

Sədrlik üçün müraciət edən namizədlərə dair xüsusi tələblər:
 
Ali təhsil (pedaqoji ixtisaslar üzrə);

Magistr dərəcəsi;

Strategiyaların hazırlanması və təhlil edilməsi üzrə təcrübə;

Pedaqoji təcrübə və ya təhsil idarəetməsi sahəsində ən azı 2 il iş təcrübəsi (özəl və ya dövlət ümumi təhsil müəssisəsində);

Layihələrin idarə edilməsi, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə təcrübə;

Gənclərlə iş sahəsində minimum 2 illik təcrübə;

Komanda quruculuğu, təşkilatçılıq sahələri üzrə təcrübə;

Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır);

“MS Office” proqramlarında sərbəst işləmək bacarığı, müxtəlif proqramlar vasitəsilə təqdimatların hazırlanması;

Təşkilatçılıq və liderlik keyfiyyətləri;

Analitik düşünmə və problem həlletmə;

Ünsiyyət və komanda da işləmək bacarıqları.
 
Vəzifə öhdəlikləri:
 
Regionlarda fəaliyyət göstərən gənc müəllimlərlə şəbəkələşmənin inkişaf etdirilməsi məqsədilə görüş, dəyirmi masa və tədbirlər keçirmək;

Gənc müəllimlər arasında mütəmadi olaraq təhsilin aktual məsələləri ilə bağlı sorğular keçirmək və təhlillər aparmaq;

Aidiyyəti üzrə layihələr hazırlamaq və təkliflər vermək;

Aidiyyəti dövlət, özəl və beynəlxalq strukturlarla əməkdaşlıq etmək;

Gənc müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirərək uyğun olaraq təlim proqramları və kurslar təşkil etmək;

Assosiasiyanın üzv bankını genişləndirmək və fənn birliklərinin fəaliyyətinə nəzarət etmək;

Rüblük, yarımillik və illik hesabatlar hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi istiqamətində tədbirlər görmək;

Ölçülə bilən indikatorlar göstərilməklə illik fəaliyyət planı hazırlamaq və icrasını həyata keçirmək;

Yeniliklər və tədbirlərlə bağlı mütəmadi olaraq yazılı və onlayn mediada təbliğat işləri aparmaq və çıxışlar etmək.

Müraciət edəcək müəllimlərin Bakı şəhərindən olmaları mütləqdir.
 
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

AGMA sədrliyinə müraciət üçün qeydiyyat linki: https://ref.az/3oFCg1G

Sədr müavinliyi, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvlüyünə müraciət üçün isə CV, tərcümeyi-hal və tövsiyə məktubunu [email protected] elektron poçt ünvanına müvafiq başlığı yazmaqla göndərmək mümkündür.

Müraciət üçün son tarix: 10.09.2024-cü il.
 
Siz də AGMA komandasına qoşulmaq istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.

Xəbər 4674 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +