Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.06.2023  11:01 

Toyuq kimi qırılıb, tut kimi tökülüb gedirik





A+  A-

Dünən operator Tural, bu gün jurnalist Zülfüqar getdi. Sabah (?)

Çoxumuzda ürək problemi var. Elə məndə də. Əksəriyyəti də qidadan yaranıb. Əsəbin, sinirin sıradan çıxmasının kökündə də qida fəsadları var...

Dövlət qida təhlükəsizliyi məsələsi ilə bağlı şüurlarda fövqəladə vəziyyət elan etməlidir
Toyuq kimi qırılıb, tut kimi tökülüb gedirik. Yasdan çıxmamış yasa düşürük. Dünən "Allah rəhmət eləsin" deyənlərə bu gün "Allah rəhmət eləsin" deyilir. Bu gün "ruhu şad olsun" deyənimizə sabah "ruhu şad olsun" deyiləcək. Məcazi sabah yox, sabahkı sabah.

Canı korlanan korlanıb artıq, gənclər, barı siz qidanıza fikir verin. İçməyin o enerji içkilərini-filanı (Yeməyin o qızardılmış tör-töküntüləri). Bu da təzə çıxıb, eberji içkisini içməkdən savayı, içdiyinə görə qürrələnmək də varmış. Əlinizdə elə şəstlə tutub yeriyirsiniz, elə bir fərqlənmə diplomudur. Bitirdiyiniz universitetdən alıb, işə başlamaq istədiyiniz işirkətə aparırsınız...

Fərqində deyilsiniz? Bizi planlı şəkildə cürbəcür içkilərlə, qidalarla öldürürlər. Yadıq, lazımsızıq biz şərqlilər dünyanı özününkü bilənlərə.

İnsanın başına gələnin çoxu mədəsindən start götürür. Ürəyin də, böyrəyin də, ciyərin də, lap elə əsəbin də, əhvalın da canı mədənin əlindədir. Bunu çox yaxşı bilir dünyada insanın sayını bizlərin hesabına azaltmağı düşünən və planlayanlar.

Nə gəldi alıb tökməyin mədənizə. Heç nə qəfildən olmur. İstənilən qəfil dərdin, ölümün uzun müddət gəldiyi yol var. Əlinizə düşən pulu o cür yollarda işıq yandırmağa (düşmənlərin planına) verməyin, beyninizi aydınlatmağa, sağlamlığınıza dayaq olmağa xərcləyin...

İlqar Rəsul

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +