Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.02.2025  16:14 

“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA





A+  A-

“Bu gün həmin şəxslərin çöldə qaldığı hər dəqiqə Azərbaycan müstəqilliyinə təhlükədir”.

XəzərNews.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında “Qafqazinfo”da sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, eyni zamanda Ramiz Mehdiyev haqqında yayılan ittiham xəbəri ilə bağlı fikirlərini bölüşən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, hakimiyyətin daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan, Prezident İlham Əliyevin üzünə gülüb arxada xəyanət edənlər mövcuddur:

“O cümlədən istər Elmar Məmmədyarov, istər Əbülfəz Qarayev, istərsə də Ramiz Mehdiyevin də belə şəxslərdən olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq etmişəm. Bu siyahıya keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da daxildir. Lakin hələ bunlar üzdə görünənlərdir. Amma hakimiyyətin daxilində kifayət qədər yüksək vəzifə tutan belə məmurlar var”.

H. Hacıyevin fikrincə. onlar dövlət başçısına xəyanət edib Rusiya kəşfiyyatına işləyirlər:

“İstəyirlər ki, Azərbaycanda dövlət çevrilişi etsinlər. Bu gün həmin şəxslərin çöldə qaldığı hər dəqiqə Azərbaycan müstəqilliyinə təhlükədir. Onlar təcili həbs edilməlidirlər. Nəcməddin Sadıkov da bu siyahıya əlavə olunmalıdır. Həmçinin Prezident Administrasiyasında da müəyyən adamlar var ki, saxlanılmalıdır. Bir sözlə, xalqı dövlətlə üz-üzə qoymaq istəyənlərin planlarını ürəklərində qoymaq lazımdır. Filankəs kiminsə qohumudur deyib keçmək olmaz. Dövlət dostluq, qohumluqla idarə olunmur. Prezidentimizin ətrafında bir olmalı, onu qorumalı, dəstək olmalıyıq”.

Xəbər 2862 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +