Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.02.2025  11:37 

Dövlət idarələrində çalışanların sayı niyə azalır?





A+  A-

“Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu Il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir”.

XəzərNews.az xəbər verir ki, bu barədə aşıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır:

“Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb.

Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.

Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır”.

Xəbər 2152 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +