Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


09.02.2025  12:26 

Bu peşə məktəbləri ilə bağlı yeni QƏRAR





A+  A-

Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazası və təlim-tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılacaq.

XəzərNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bununla bağlı məsləhət xidmətləri alacaq.

Belə ki, 24 peşə üzrə hazırlanmış təlim-tədris proqramları üzrə səriştələrin əldə edilməsini təmin edən tədris materiallarının (zəruri vizual məzmunun əlavə edilməsi ilə) hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması işləri görüləcək.

Layihəyə əsasən, Masallı Peşə Hazırlığı mərkəzi üzrə 12 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 8 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib ediləcək.

Bundan başqa, Şəki Peşə Hazırlığı mərkəzi üzrə 7 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 6 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları hazırlanacaq.

Həmçinin Sabirabad Peşə Hazırlığı mərkəzi üzrə isə 8 peşə ilə bağlı təlim-tədrisin təşkili üçün 5 emalatxana, laboratoriya və ya ixtisaslaşmış tədris otaqlarının texniki pasportları tərtib olunacaq.

Dövlət Məşğulluq Agentliyi sözügedən işlərin icrasına 1,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb./Trend

Xəbər 2193 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +