“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


10.10.2023  17:21 

Bakıda daha bir taksi sürücüsü həbs edilib





A+  A-

Bakıda daha bir taksi sürücüsü həbs edilib.

Xəzərnews.az xəbər verir ki, oktyabrın 4-də “Toyota Prius” markalı avtomobilin sürücüsü Sabir Qocayev Nizami rayonu ərazisində nəqliyyat vasitəsində normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdıraraq idarə etdiyinə görə Nizami RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yol polisi tərəfindən duracağa aparılması təmin olunub.

Bundan sonra avtomobil sürücünün iştirakı ilə mütəxəssislər tərəfindən müayinə olunub və yol polisinin iddiası təsdiqini tapdığından barəsində İXM-nin 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsilə inzibati protokol tərib edilib. Sürücü S.Qocayev avtomobilinin duracağa yerləşdirilməməsi və barəsində sənədləşmə aparılmaması üçün ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Avtomobilin duracağa təxliyə edilməsinə maneə olduğundan o, polis orqanına dəvət olunub və barəsində İXM-nin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə S.Qocayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, S.Qocayev həm də maşını ilə bağlı Tiktok sosial şəbəkəsində paylaşdığı videolarla da tanınır, onun 30 mindən çox izləyicisi var.

Xəbər 1996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +