“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.08.2022  10:40 

Həbs edilən polis hakimi söydü, cəzası artdı





A+  A-

Bir neçə gün əvvəl Şəki rayon Məhkəməsində Ucar rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü Şahin Əhmədovun həbs müddəti artırılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.

Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının saxta şəxsiyyət vəsiqəsini verib.

2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apelyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.

Xəbər 1514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +