“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.08.2020  09:07 

“Ramiz Mehdiyev Əfv Komissiyasının sədri deyil”





A+  A-

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib.

O qeyd edib ki, Administrasiyanın rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib:

“Artıq Administrasiyanın yeni rəhbəri Samir Nuriyev Əfv Məsələləri üzrə Komissiyanın sədri vəzifəsini daşıyır. Sadəcə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb. Komissiyanın tərkibinin formalaşdırılması ölkə başçısının müvafiq sərəncamı ilə həyata keçirilir. Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az saytında əks olunması texniki məsələdir və tezliklə həllini tapacağına inanıram.

Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. Məsələn, keçmiş daxili işlər naziri kimi Ramil Usubov komissiyanın üzvü idi. Artıq həmin vəzifədə Vilayət Eyvazov olduğu üçün komissiyanın da üzvü o olmalıdır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Mədət Quliyev də artıq bu vəzifəni daşımır. O, komissiyanın tərkibindən çıxarılmalı, yerinə DTX-nın yeni rəisi Əli Nağıyev əlavə edilməlidir.

Yeni vəzifələrə uyğun komissiyanın tərkibi müəyyən olunacaq. Yəqin ki, yaxın vaxtlarda komissiya tam tərkibdə cəmiyyətə təqdim olunacaq. Hazırda hüquqi əsaslara görə, Ramiz Mehdiyev Əfv Komissiyasının sədri deyil. Qeyd etdiyim kimi texniki məsələlər tezlikdə həllini tapacaq”.

Ə.Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub:

“Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir.

Komissiyanın iclası koronavirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.

Xəbər 2273 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +