“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.12.2017  16:09 

“Evdə 1,5 milyon manat pul var idi” - Öldürülən iş adamının oğlu





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə mərhum İ.Məmmədovun oğlu Vüqar Məmmədov ifadə verərək deyib ki, atasını hadisədən 1 il əvvəl görüb: "2008-ci ildən Bakıda qalıram, anam da "Binə" Ticarət Mərkəzində sahibkarlıqla məşğuldur. Dövriyyədə olan mallardan bilirdim ki, evdə 1,5 milyon manat pul var idi. Atamı isə bunların üçü bir yerdə öldürüb".

V.Məmmədov təqsirləndirilən şəxslərə qarşı 1,5 milyon manatlıq mülki iddia qaldırıb.

Proses dekabrın 25-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. Bunda başqa. rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti yanıb. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.

Xəbər 1329 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +