“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.05.2017  18:43 

Etik davranış qaydalarını pozan bələdiyyə üzvləri də cəzalanacaq





A+  A-

Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə xəbərdarlıq və töhmət tədbirlərindən biri tətbiq edilə bilər.
XəzərNews.az-ın məlumatına görə, bu, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunda öz əksini tapıb.
Layihədə qeyd edilib ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
Həmçinin etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntusunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləru tətbiq edilmir.
Layihə Milli Məclisin mayın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər 1613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +