19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


02.11.2023  19:50 

Qətlə yetirilən Səbinənin xalası danışıb





A+  A-

Bu gün səhər saatlarında Gəncədə Səbinə Abbasovanı qardaşı Hüseyn Abbasov qətlə yetirib.

Xəzərnews.az xəbər verir ki, mərhumun xalası hadisə ilə bağlı ATV-nin “Bizimləsən” verlişinə açıqlama verib:

“Səbinə övladı ilə birgə yaşayırdı. Bu gün uşağını yanıma qoyub Bakıya toya getməli idi. Hüseyn Səbinənin müğənni olmasını istəmirdi. Həbsdən çıxan gündən mərhumdan onu evləndirməsini, pul verməsini tələb edirdi. Hadisə binamızın qarşısında baş verib. Səbinəni çağıraraq yerə yıxıb, 15-20 bıçaq zərbəsi endirib. Səbinəni qızının gözünün qabağında öldürüb”.

Qeyd edək ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib.


Xəbər 925 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +