19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


18.11.2022  09:40 

Təhdid altında 20 ton taxılını əlindən alıblar





A+  A-

Kəngərli rayon Qarabağlar kənd sakini Amar Hüseyn deyir ki, onu polisə aparıb, zorla, təhdid altında 20 ton taxılını əlindən alıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb və sözügedən şəxsin video müraciətini paylaşıb.

Qeyd olunub ki, bundan əvvəl isə rayonun icra başçısı Kamal Ələkbərovun göstərişi ilə onu "vətən xain"i adlandıraraq, öncə YAP sıralarından, daha sonra isə müəllim kimi çalışdığı universitetdən uzaqlaşdırıblar, atasının baytarlıq aptekini əlindən alıblar.

Amar Hüseyn 2020-ci ildə Naxçıvan MR Ali Məclsinə seçkilərdə 15 saylı Qarabağlar Dairəsindən deputatlığa müstəqil namizəd olub.

O deyir ki, seçkidə qalib gəlsə də, nəticələr saxtalaşdırılıb, qələbəsi əlindən alınıb. Həmin vaxtdan öz hüquqlarının bərpası üçün mübarizəyə başlayıb.

A.Hüseyn bildirib ki, məhkəmələrə müraciət edib, kasassiya şikayəti verib, yenə nəticəsi olmayıb.

A.Hüseyn sonda Prezidentə müarciət edərək kömək istəyib.

Xəbər 975 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +