19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


17.11.2022  19:40 

Netanyahudan Ərdoğana telefon zəngi... - 9 il sonra





A+  A-

Prezident Rəcəb Tayyib Ərdoğanın İsraildə hökuməti qurmaqla vəzifələndirilən Likud Partiyasının sədri Binyamin Netanyahu ilə telefon danışığı olub.

XəzərNews.az xəbər verir ki, Benyamin Netanyahu prezident Ərdoğana telefonla zəng edərək İstanbulda baş verən terror aktına görə başsağlığı verib.

Danışıqlar zamanı Benyamin Netanyahu Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin dünya üçün əhəmiyyətli olduğunu da bəyan edib.

Prezident Ərdoğan Benyamin Netanyahuya başsağlığına görə də təşəkkür edib və iki gün əvvəl İordan çayının qərb sahilində baş verən hadisədən onların da kədərləndiklərini dilə gətirib.

Ərdoğan İsraildəki seçkinin nəticələrinin ölkə və region üçün xeyirli olmasını arzulayıb.

Qeyd edək ki, Ərdoğanla Netanyahu arasında son danışıq 9 il əvvəl olmuşdu.

İsmayıl
XəzərNews.az


Xəbər 1222 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +