19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


09.02.2022  22:10 

Rusiyanın nökəri danışdı...





A+  A-

Fransa prezidentliyinə namizəd, müxalif Respublikaçılar Partiyasının üzvü Valeri Pekress deyir ki, “Rusiya ilə dil tapmalıyıq“.

O, keçmiş ABŞ prezidenti B.Obamanın "regional güc" adlandırdığı Rusiyanın gücünü ifrat dərəcədə şişirdərək onu dünya gücü kimi təqdim etməyə çalışır və Qərbi Rusiya ilə hesablaşmağa çağırır.

Sitat:

"Rusiya ilə dialoq vacibdir. Ümumiyyətlə Avropada sülh və təhlükəsizlik üçün Rusiya ilə dialoq və təmaslar böyük önəm daşıyır. Çünki söhbət dünyanın ən böyük nüvə gücündən, ən güclü ikinci ordusundan, Avropanın əsas ticarət tərəfdaşı və BMT TŞ-nın daimi üzvündən gedir. Rusiya olmadan dünyada sabitliyi təmin etmək, münaqişələri həll etmək asan deyil".

Bu sözləri yalnız və yalnız Kremlə "lakey"lik edən, Rusiyadan siyasi və maddi dəstək alan satılmış Avropa siyasətçisi deyə bilər.

Bu adam apreldə seçkilərə qatılmağa və Fransanın prezidenti olmağa hazırlaşır. Prezident seçilsə, yəqin ki, vaxtının çoxunu Putinin kabinetində keçirər.

Əfsuslar olsun ki, hazırda Fransa və Almaniyanın əksər siyasi liderləri Rusiyaya münasibətdə bu cür sürüşkən mövqe tuturlar.

Ən böyük təzad da budur ki, hər iki ölkə tarixdə Rusiya tərəfindən dəfələrlə alçaldılıb.

Bəybala Mirzəyev

P.S.
Valeri Pekress isə Xankəndiyə oğrular kimi gizli şəkildə gəlməsi ilə tarixə düşüb.

Xəbər 1611 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +