19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


25.11.2021  15:22 

Tehran Şəhər Şurasının erməni sevgisi - FAKT





A+  A-

Tehran Şəhər Şurası bəzi küçə və şəhər adlarının dəyişdirilməsi haqqında qərar verib. Bu qərarda Azərbaycanla bağlı son dərəcə önəmli məqamlar var və Azərbaycan hökuməti bu qərarları ən azı süngü ilə qarşılamalıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə İsveçdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli məlumat verib:

Məsələn, Tehrandakı Məryəm Xiyabanı bundan sonra Şuşi xiyabanı adlandırılacaq. Yox, səhv oxumadınız məhz Şuşi, Şuşa yox, yəni bu şəhərin erməni adına üstünlük verilib. Xatırladım ki, Qacarlar xanədanının nümayəndəsi İran şahı Ağa Məhəmməd Şah Qacar məhz Şuşa şəhərində öldürülüb. Düşünün ki, indi Tehran Şəhər Şurası İran şahına deyir ki, ey qibleyi-aləm, sən Şuşada yox, Şuşidə öldürülmüsən...

İkinci önəmli məqam isə Tehrandakı Pənah Xiyabanına Nardaran adının verilməsidir. Bəllidir ki, Nardaran Azərbaycanın ən radikal dini mərkəzlərindən biridir. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu kəndi az qala çəxsi ofisinə çevirmişdi.

Tehrandakı Baradaran küçəsinə isə Badikubə adı verilir, yəni Bakı şəhərinin fars variantı. Hə, necədir?

Tehran Şəhər Şurası İran ermənilərini də unutmayıb. Bundan sonra İran paytaxtında Rostom Voskanian, Vartan Hovanessian küçələri də olacaq.

Xəbər 1839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +