19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


30.01.2021  17:24 

Ərzaq bahalaşır - Maaş və pensiyalara yenidən baxılacaq





A+  A-

"Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmalıdır".
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirindən danışarkən bildirib.

V.Əhmədov qeyd edib ki, mütəmadi olaraq, bu istiqamətdə dövlət başçısı tərəfindən işlər həyata keçirilir:

“Amma indiki bahalaşma fonunda düşünürəm ki, maaş və pensiyalara yenidən baxılmalıdır. Çünki bahalaşma çox sürətlə gedir. Fevralın 1-dən yaz sessiyası öz işinə başlayır, hesab edirəm ki, parlamentdə də bu məsələyə baxılacaq”.

Parlamentarinin sözlərinə görə, benzin və dizelin bahalaşması fonunda bahalaşma gözlənilən idi:

“Məhsulların daşınması zamanı nəqliyyat xərcləri onun qiymətinə təsir edən amildir. Necə ola bilər ki, yanacaq bahalaşsın, amma mal-məhsul yox. Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının qiymətinə də ciddi təsir edir. Amma monitorinqlər göstərir ki, bəzi məhsullar obyektiv səbəbdən bahalaşsa da, çoxu sui-istifadə nəticəsində bahalaşıb. Hətta bəzi məhsullarda bahalaşma 1-2 manat həcmindədir. Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir”.

Xəbər 2845 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +