19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


15.01.2021  15:22 

Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu - Video





A+  A-

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan avtomat və digər silahların qaçaqmalçılığı ilə məşğul olan qrupu ifşa edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb. Silah qaçaqmalçılığı ilə məşğul olan qrupun başında İrəvan sakini S. B. adlı şəxsin olduğu bildirilib.

O, sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra könüllü olaraq Qarabağa gedib. Daha sonra bir qrup şəxslə əlbir olaraq, silahları qanunsuz şəkildə mənimsəyərək İrəvandakı mənzilinə daşıyıb. Noyabrın başlanğıcında isə sözügedən şəxs silahları 500-600 dollara satmağa hazırlaşıb.

Axtarış zamanı onun mənzilində pulemyot, patron və digər döyüş sursatları tapılıb. Daha sonra isə, Sünik bölgəsinin Tex kəndində İrəvana qanunsuz daşınması və satışı üçün nəzərdə tutulmuş silahların saxlandığı anbarlar tapılıb.

Anbardan ümumilikdə 43 ədəd “Kalaşnikov” avtomatı, 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patron, optik nişanalma binoklları və bir qrant aşkarlanaraq götürülüb.



Xəbər 2420 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +