19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


21.02.2020  14:50 

İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı





A+  A-

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.
XəzərNews.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bu rəqəm aparılan analizlərin nəticəsində əldə olunub.

Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhəri sakinidir və ya son günlərdə bu şəhərə səfər edənlərdir.

Nazirlik rəsmisi qeyd edib ki, 13 nəfərin 7-si Qum şəhəri, 4-ü Tehran, 2-si isə Gilan vilayətindədir.

Cahanpur deyib ki, Ərak şəhərində koronavirus şübhəsi ilə əlaqədar 8 nəfərin bu virusa yoluxmadığı bəlli olub. Ərak şəhərində virusa yoluxan həkimin vəziyyəti ötən günlə müqayisədə yaxşıdır.

Nazirlik rəsmisi ötən günlər ərzində 735 nəfərdən çox şəxsin yeni koronavirus şübhəsi ilə xəstəxanada yatırıldığını deyib.

Qeyd edək ki, 19 fevralda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Xəbər 1766 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +