19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


10.07.2019  16:51 

Merkel yenə güclü titrədi... - Açıqlama yaydı + VİDEO





A+  A-

Almaniya Kansleri Angela Merkel Berlində Finlandiya Baş Naziri Antti Rinne ilə görüşündə güclü titrətmə keçirib.
XəzərNews.az-ın “n-tv”yə istinadən xəbərinə görə, Merkel bununla artıq üçüncü dəfədir rəsmi tədbirdə pis vəziyyətə düşüb.

Fin hökumətinin rəhbəri baş verənlərə heç bir reaksiya göstərməyib.

“RİA Novosti” xəbər verir ki, Almaniya hökumətinin nümayəndəsi Ulrik Demmer Kanslerin tutmalara görə tibbi yoxlanışdan keçib-keçmədiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

“Röyters”in məlumatına görə, Angela Merkel tutmaları ilə bağlı bəyanat verib. Kansler hər kəsdən ona görə narahat olmamağı xahiş edib: “Mən yaxşıyam. Narahat olmayın”.

Xatırladaq ki, A. Merkel iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski, iyunun 27-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşündə analoji hadisəni yaşamışdı. Bəzi həkimlər onun günvurma, digərləri isə şəkər xəstəliyi və Parkinson xəstəliyi səbəbindən bu hala düşdüyünü bildirmişdilər.



Xəbər 1469 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +